Boltondan Putinin taktiki nüvə silahı barədə XƏBƏRDARLIQ: "Blef etmir"

  • 16:27 - 29 Mart

ABŞ-ın keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton deyib ki, Rusiya prezidenti Vladimir Putinin Belarusda taktiki nüvə silahı yerləşdirmək qərarı blef olmaya bilər. 

Avropa.info xəbər verir ki, CNN televiziyasına danışan Donald Tramp dövründə Ağ Evin Milli Təhlükəsizlik müşaviri Bolton Putinin daha əvvəl də nüvə silahından təhdid olaraq istifadə etdiyini bildirib. "Ancaq o, bu baada blef etmir. O, əslində Belarusda taktiki nüvə silahı yerləşdirə bilər", - deyə qeyd edib. 

Bolton, bir vaxtlar Sovet İttifaqının tərkibində olan Belarusun Rusiya tərəfindən “yenidən ələ keçirilə biləcəyinə” yetərincə diqqət yetirilmədiyini ifadə eib: “Ancaq bunun hərbi baxımdan (Putin) çox fərq etməyəcəyini düşünmürəm. O bunu etdi. Çünki Kalininqradda geniş nüvə materialları, raketlər var. Bilirik ki, qanadlı raketlər, dronlar və döyüş başlıqları var". 

Rusiyanın Kalininqradda ABŞ-ın 2019-cu ildə geri çəkdiyi Orta Mənzilli Nüvə Qüvvələr Müqaviləsini (INF) pozan raketlərə sahib olduğunu ifadə edən Bolton, belə davam edib: 

"Beləliklə, Rusiyanın Kalininqradda onsuz da malik olduğu imkanlar ən təhlükəlidir. Düşünmürəm ki, bəzi taktiki nüvə silahlarını daşımaq və bununla bağlı qaydalar hazırlamaq ideyası bu tarazlığı dəyişəcək". 

Rusiya prezidenti Vladimir Putin martın 25-də Belarusda taktiki nüvə silahı yerləşdirəcəklərini bəyan edərək, “Biz bunu nüvə silahlarının yayılmaması ilə bağlı beynəlxalq öhdəliklərimizi pozmadan edəcəyik”, deyib.


Oxunma sayı: 2355

Oxşar yazılar