Yol qəzasına müdaxilə edən polis az qala özü öləcəkdi - VİDEO

  • 15:06 - 29 Mart

ABŞ-ın Nyu-Cersi ştatında evakuator ştatlararası yol-nəqliyyat hadisəsinə müdaxilə edən polis az qala maşınların altında qalıb. 

Avropa.info xəbər verir ki, ABŞ-ın Nyu-Cersi ştatının Allamuçi qəsəbəsindən keçən dövlətlərarası yolda baş verən yol qəzasına müdaxilə edən polis ölümdən dönüb. Qəza bölgəsində olan polis vasitələri qarşı zolaqdan gələn traktora çırpılıb. Fevralın 23-ü saat 23:30 radələrində baş verən qəzanın  kamera görüntülərini paylaşan Nyu-Cersi Nəqliyyat Departamenti bildirib ki, “bu, sürücülərin niyə sürətini azaltmalı və kənara çəkməli olduğu ilk müdaxilə edənlər üçün ürəkaçan bir xatırlatmadır. Xoşbəxtlikdən bu dəfə heç kim xəsarət almayıb!” 

Görüntülərdə evakuatorun qarşı zolaqdan onlara tərəf gəldiyini görən polisin sürətlə yoldan kənara atdığı, polisin isə qəzadan sonra xəsarət alan olub-olmadığını soruşduğu eşidilib. 

Yanğından Mühafizə İdarəsi qəzaya qarışan evakuatorun bir yük maşınını çəkdiyini və qəzada polis maşınlarına böyük ziyan dəydiyini bildirib.

Bildirilib ki, evakuatorun sürücüsü avtomobili ehtiyatsızlıqdan idarə etdiyinə görə cərimələnib.


Oxunma sayı: 2245

Oxşar yazılar