ABŞ-da məktəbə hücum edən şəxsin evindən çoxlu sayda silah tapıldı

  • 14:32 - 29 Mart

ABŞ-da məktəbə silahlı hücum edən Odri Heylin evindən çoxlu silah-sursat tapılıb. 

Avropa.info bildirir ki, ABŞ-ın Tennessi ştatının Nashville şəhərində 6 nəfərin həyatını itirdiyi 3-11 yaş arası şagirdlərin oxuduğu xüsusi xristian məktəbini Covenant School-a silahlı hücumdan sonra başladılan istintaq davam edir. Polisin verdiyi açıqlamada, şəxsiyyəti Audrey Hale olduğu bildirilən hücumçunun iki yarı avtomatik tüfəng və tapança ilə məktəbə daxil olaraq içəridəki insanları təsadüfi hədəfə aldığı bildirilib. Polislə qarşıdurmada öldürülən Heylin evində axtarış aparıldığı, hücum edən şəxsə məxsus manifest, məktəb binasının giriş-çıxış nöqtələrini göstərən xəritə və 2 ədəd ov tüfəngi də daxil olmaqla digər silahların olduğu bildirilib. 

Polisin yaydığı təhlükəsizlik kamerası görüntülərində avtomobillə məktəbə gələn Heylin içəri girməzdən əvvəl qapıya atəş açaraq pəncərələri sındırdığı, daha sonra məktəbin boş dəhlizlərində dolaşaraq yuxarı qalxdığı görülüb. 

ABŞ prezidenti Co Bayden ölkəni sarsıdan hücumdan sonra verdiyi açıqlamada hücumun "bir ailənin ən pis kabusu" olduğunu bildirib. Bayden bir daha Konqresi silaha nəzarət qanunlarını qəbul etməyə çağıraraq, "Silah zorakılığını dayandırmaq üçün daha çox iş görməliyik" dedi. Digər tərəfdən, 60 yaşlı məktəb direktoru Katherine Koonce, 61 yaşlı işçilər Cynthia Peak və Mike Hill və 9 yaşlı Evelyn Dieckhaus, Hallie Scruggs və Villiam Kinney adlı üç şagird hadisə yerində həyatını itirib.

 


Oxunma sayı: 2300

Oxşar yazılar