MasterChef Ukraynada Bayraktar rüzgarı: Yarımaçılar TB2 temalı yemək hazırlayacaqlar

  • 13:58 - 29 Mart

Ukraynada TB2 sevgisi bu dəfə televiziya ekranlarında özünü göstərib. Ukraynada yayımlanan MasterChef müsabiqəsinin iştirakçıları bu həftə TB2 temalı yemək hazırlayacaqlar. 

Avropa.info bildirir ki, Rusiya ilə Ukrayna arasında müharibə davam edərkən, Ukraynada gündəlik həyat davam edir. 2011-ci ildə istifadəyə verilən MasterChef Ukraine müharibəyə baxmayaraq yayımlanır. 

Televiziya proqramının bu həftəki buraxılışında yarışmaçılardan tələb olunan mövzu böyük diqqət çəkib. Müharibədə mühüm yeri olan Türkiyənin PUA-ları Bayraktar yarışmada mövzu olaraq istifadə olunacaq. 

MasterChef Ukraynanın tanıtım videosunda müsabiqə iştirakçılarının Bayraktar TB2 temalı yemək hazırlayacaqları açıqlanıb. Görüntülərdə münsiflər heyətinin üzvləri "Flagtar" kimi alqışlayırlar. 

Bayraktar sənədli filmi daha əvvəl Ukrayna televiziya kanallarında yayımlanıb. Ukraynanın ən böyük televiziya kanallarından biri olan 1+1-də milli və əslən Baykar tərəfindən hazırlanan Bayraktar TB2-lərdən bəhs edən “Bayraktar Legend Wings” sənədli filmi yayımlanıb. 

Bayraktar TB2 SİHA-lar Ukrayna Ordusu tərəfindən Rusiya ilə Ukrayna arasında davam edən müharibədə müdafiə məqsədilə fəal şəkildə istifadə edilir.


Oxunma sayı: 2102

Oxşar yazılar