PKK/YPG qondarma liderlərindən biri Fransada ÖLDÜ - FOTO

  • 13:29 - 29 Mart

Terror təşkilatı PKK/YPG-nin liderlərindən olan Fazıl Botan müalicə aldığı Fransada ölüb. 2022-ci ildə müalicə üçün Avropaya gedən Botanın ölümü ilə bağlı açıqlama verən terror "lideri" Karayılan bu terrorçunun ölümü ilə bağlı "Fazıl Botanı hörmətlə yad edirəm" deyib. 

Avropa.info xəbər verir ki, terror təşkilatı PKK/KCK qondarma liderlərindən  biri olan "Fazıl Botan" kod adlı Ahmet Şekerin müalicə aldığı Fransada öldüyünü açıqlayıb. 

Ahmet Şeker adlı terrorçunun ölümü ilə bağlı açıqlama verən PKK liderlərindən Murat Karayılan qanlı terror aktları törətmiş bu terrorçu barədə "Fazıl Botanı hörmətlə yad edir, xatirələri qarşısında hörmətlə baş əyirəm" deyib. 

1988-ci ildə terror təşkilatına qoşulan Botan terror təşkilatı YPG-nin Suriyadakı yüksək səviyyəli idarə heyətinə təyin olunmazdan əvvəl terror təşkilatı PKK-nın Qəndilə rəhbərlik edib. 

2015-ci ildə qarşıdurmada ağır yaralanan Botan Fransa Hərbi Hava Qüvvələrinin dəstəyi ilə Ərbil hava limanından Fransaya aparılıb. 

“Fazil Botan” kod adlı terrorçu da 2022-ci il iyunun 15-də müalicə üçün Fransaya gedib.


Oxunma sayı: 3114

Oxşar yazılar