Türkiyədən NATO razılığını ala bilməyən İsveçin planı DƏYİŞDİ - Avropa ölkəsi başqa yol axtarır

  • 12:47 - 29 Mart

Türkiyədən NATO razılığını ala bilməyən İsveçin planları dəyişib.

Avropa.info-nun məlumatına görə, "Aftonblated" qəzetinin köşə yazarı yazıb ki, İsveç öz təhlükəsizliyini başqa vasitələrlə axtarmalı və B planını nəzərdən keçirməlidir. 

Türkiyədən NATO-ya üzvlük icazəsi ala bilməyən İsveç yeni plan axtarır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu yaxınlarda Türkiyənin Finlandiyanın NATO üzvlüyünün parlamentdə təsdiqi prosesinə başlamaq qərarına gəldiyini açıqlayıb. Ərdoğanın açıqlamalarından sonra Finlandiyanın (NATO) üzvlüyü ilə bağlı protokolun təsdiqi ilə bağlı qanun layihəsi Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsində qəbul edilib. 

Finlandiya NATO-nun təsdiqini alarkən, İsveçin təsdiqini ala bilməməsi bütün dünyada gündəmə çevrildi və xarici mətbuatda “İsveç kənarda qaldı” manşetləri çıxıb. 

“Aftonblated” qəzeti İsveçin NATO-dan azad bir dövrə hazır olması lazım olduğunu və “Əgər NATO bizi içəri buraxmaq istəmirsə, təhlükəsizliyimizi başqa yolla təmin etməliyik” deyə yazıb. 

Aftonblated İsveçin ABŞ ilə birbaşa razılaşması və İngiltərə ilə əməkdaşlıq etməsi lazım olduğunu və bu addımların İsveçin təhlükəsizlik probleminə həll yolu ola biləcəyini də bildirib. 

"Aftonblated" qəzetinin göşə yazarı Anders Lindbergh İsveçin bu hərəkətlərini B Planı kimi təsvir etdi və aşağıdakı ifadələrdən istifadə edib: 

"Şəxsən mən hesab edirəm ki, biz NATO-ya üzvlüklə bağlı B Planını ciddi şəkildə müzakirə etməyə başlamazdan əvvəl bu yay Vilnüsdə keçiriləcək NATO sammitini gözləməliyik. Lakin sonra bunu etmək vaxtı çatıb". 

“Türkiyə və Macarıstan İsveçi alçaltmaq istəyir” başlıqlı məqalə yazan Lindberq, ölkəsinə Ərdoğan və Macarıstan lideri Orban tərəfindən “ikinci dərəcəli Avropa” kimi baxıldığını yazıb.


Oxunma sayı: 2113

Oxşar yazılar