Meksikanın Milli Miqrasiya İnstitutunda yanğın: 39 nəfər ölüb, 40 nəfər yaralanıb - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR

  • 12:23 - 29 Mart

Meksikanın Syudad Xuarez şəhərindəki Milli Miqrasiya İnstitutunun (INM) binasında baş verən yanğında ən azı 39 immiqrant ölüb, 40 nəfər yaralanıb. 

Avropa.info xəbər verir ki, ABŞ-Meksika sərhədində yerləşən Syudad Xuaresdə Meksika Milli Miqrasiya İnstitutunun (INM) binasında naməlum səbəbdən yanğın baş verib. 

Yerli mətbuatın məlumatına görə, yanğın zamanı azı 39 immiqrant ölüb, 44 nəfər isə yaralanıb. 

Meksika prezidenti Andres Manuel Lopez Obrador yanğının onlara qarşı deportasiya qərarına etiraz edən immiqrantlar tərəfindən törədildiyini bildirib. "Onlar etiraz əlaməti olaraq mərkəzin qapısına həsirlər qoyub yandırdılar və bunun bu dəhşətli faciəyə səbəb olacağını heç düşünmürdülər", - Obrador bildirib. 

Yerli mediada yayılan görüntülərdə təcridxananın qarşısında bir neçə yanğınsöndürən və təcili yardım maşınları, eləcə də örtük altında yerdə qalan meyitlər görünür. 

Bildirilib ki, Meksika prokurorluğu hadisə ilə bağlı araşdırmalara başlayıb və bölgəyə müstəntiqlər göndərib.

 

 


Oxunma sayı: 2058

Oxşar yazılar