Rusiyanın BMT Təhlükəsizlik Şurasından müstəqil araşdırma tələbinin rədd edildi

  • 12:00 - 29 Mart

BMT TŞ Rusiyanın “Şimal axını” partlayışları ilə bağlı müstəqil araşdırma tələbini rədd edib. BMT Təhlükəsizlik Şurası istintaqı təsdiqləmək üçün kifayət qədər səs toplamayıb. 

Avropa.info xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) ötən ilin sentyabrında baş vermiş “Şimal axını” qaz kəmərinin təxribatını araşdırmaq üçün Rusiyanın tələb etdiyi müstəqil araşdırma layihəsinə səs verib. Səsverməyə çıxarılan və BMT TŞ-nin 15 üzvündən 9-nun “hə” səsinin qəbul edilməsini tələb edən qanun layihəsi Rusiya, Çin və Braziliya tərəfindən dəstəklənib. 

Səsvermədə ABŞ, Yaponiya, Fransa, İngiltərə, Birləşmiş Ərəb Əmirlikləri, Malta, İsveçrə, Qabon, Ekvador, Albaniya, Qana və Mozambik bitərəf qalıb, müstəqil araşdırma qanun layihəsi tələb olunan 9 səsin toplanamadığı üçün rədd edilib. Qətnaməni BMT Təhlükəsizlik Şurasının üzvü olmadığı üçün səsvermədə iştirak etməyən Belarus, Suriya, Şimali Koreya, Venesuela, Nikaraqua və Eritreya birgə hazırlayıb.


Oxunma sayı: 2454

Oxşar yazılar