“Bakcell”dən iPhone istifadəçilərinə şad xəbər!

  • 18:38 - 28 Mart

5G şəbəkəsi indi iPhone smartfonlarından istifadə edən “Bakcell” abunəçiləri üçün aktivdir.

Avropa.info xəbər verir ki, iPhone istifadəçiləri Bakının bir neçə nöqtəsində qurulmuş 5G test şəbəkəsindən yararlanaraq ultrasürətli interneti sınaqdan keçirmək imkanına malikdir.

5G şəbəkəsinə qoşulan iPhone istifadəçiləri “Bakcell”dən 5GB balans hədiyyə alacaq. Hədiyyə interneti almaq üçün 5G-nin mövcud olduğu ərazilərdə olarkən telefonda *501*1# kodunu yığmaq lazımdır.

Qeyd edək ki, “Bakcell” Azərbaycanda eSIM və VoLTE texnologiyalarını tətbiq edən ilk mobil operatordur. Bakcell şəbəkəsi Ookla® tərəfindən "Azərbaycanın ən sürətli mobil şəbəkəsi" kimi tanınır.

Xatırladaq ki, “Bakcell” şirkəti “NEQSOL Holding”in tərkibinə daxildir.


Oxunma sayı: 2113

Oxşar yazılar