İsrailin Bakıdakı səfirliyi fəaliyyətini bərpa etdi - YENİLƏNİB

  • 01:18 - 28 Mart

İsrailin Azərbaycandakı səfirliyi fəaliyyətini bərpa edib.

Avropa.info xəbər verir ki, bu barədə səfirlikdən məlumat verilib.

"Tətil bitib və biz normal fəaliyyətə qayıtdıq", - açıqlamada bildirilir.

***

20:55

İsrailin Azərbaycandakı səfirliyi məhkəmə islahatları ilə əlaqədar ümummilli tətilə qoşulub.

Avropa.info xəbər verir ki, bu barədə İsrailin Bakıdakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, İsrail səfirliyi və konsulluğu növbəti xəbərdarlığa qədər müvəqqəti olaraq işləməyəcək.

Qeyd edək ki, İsrailin Histadrut həmkarlar ittifaqı ölkənin xaricdəki diplomatik missiyalarını etirazlara qoşulmağa çağırıb. ABŞ və Gürcüstan daxil olmaqla bir neçə ölkədəki səfirlik çağırışa cavab verib.  

Xatırladaq ki, ötən ilin dekabr ayında Netanyahu baş nazir postuna qayıdıb və bundan sonra ölkənin hüquq sistemində islahatlar keçirəcəyini bildirib. İslahatlar Ali Məhkəmənin hakimlərinin seçilməsi prosesinə nəzarətin parlament çoxluğuna verilməsini, habelə Ali Məhkəmənin hökumətin qərarlarını ləğv etmək hüququnun əlindən alınmasını nəzərdə tutur. İslahat planı İsrail xalqının etirazlarına səbəb olub, lakin Netanyahu qərarını ləğv etməyib. Dünən Netanyahu islahatlara qarşı çıxan müdafiə naziri Yoav Qalantı vəzifədən azad edib və bu qərar etirazların yenidən alovlanmasına səbəb olub. Gecə boyu aksiyalar davam edib.


Oxunma sayı: 2509

Oxşar yazılar