Tələbə bacılar dəm qazından zəhərləniblər

  • 21:32 - 28 Mart

Naxçıvanda iki tələbə dəm qazından zəhərlənib.

Avropa.info APA-ya istinadən bildirir ki, hadisə bu gün Naxçıvan şəhərində qeydə alınıb.

Naxçıvan Dövlət Universitetinin tələbələri, Tovuz rayon sakinləri 2000-ci il təvəllüdlü Xədicə Abdulova və onun 2001-ci il təvəllüdlü bacısı Nailə Abdulova evdə dəm qazının sızmasından zəhərləniblər.

Zərərçəkənlər Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri sabitdir.

Faktla bağlı araşdırma aparılır.


Oxunma sayı: 2564

Oxşar yazılar