Mariupol küçələrində avtomobil sürən Putin təhlükəsizlik kəmərini taxmadı - Rusiya prezidentindən iki ETİRAF

  • 10:39 - 28 Mart

Rusiya prezidenti Vladimir Putin Ukraynanın işğal altındakı Mariupol küçələrində avtomobili idarə edərkən təhlükəsizlik kəmərini taxmamasını jurnalistə belə izah edib: “Belə şəraitdə kəməri taxmamaq daha yaxşıdır, bu avtomobili tez tərk etmək üçün lazımdır”. 

Avropa.info-nun məlumatına görə, "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, Putinin bu cümləsində iki etiraf var. 

"Kreml sahibi “belə şərait” dedikdə Mariupolun işğalına rəğmən, bu şəhərdə “şəraitin” hələ Rusiya üçün münbit olmadığına, “avtomobil tez tərk etmək” isə istənilən an hücuma məruz qalacağına eyham vurub. Necə deyərlər, asta qaçan namərddir. Putin ehtiyatlı olmaqda haqlıdır. Bir gün Mariupol şəhəri azad ediləcək və Putin üçün bu şəhər əlçatmaz olacaq", - deyə politoloq qeyd edib.

Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskovun jurnalistlərə dediyinə görə, "Rusiya prezidenti Vladimir Putin Mariupola səfəri zamanı bütün yol hərəkəti qaydalarına əməl etməklə əslində kortejsiz hərəkət edib".


Oxunma sayı: 2245

Oxşar yazılar