Azərbaycan və Türkiyənin xarici işlər nazirləri regiondakı vəziyyəti müzakirə ediblər

  • 14:10 - 27 Mart

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub. 

Avropa.info xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, telefon danışığı zamanı xarici işlər nazirləri Azərbaycan və Türkiyə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələlərini, eləcə də regiondakı mövcud vəziyyəti müzakirə ediblər. 

Tərəflər qarşılıqlı maraq doğuran digər istiqamətlər üzrə də fikir mübadiləsi aparıblar.


Oxunma sayı: 2135

Oxşar yazılar