AVRO-2024: Azərbaycan millisi ikinci oyuna çıxır

  • 09:54 - 27 Mart

AVRO-2024-ün seçmə mərhələsində bu gün Azərbaycan milli komandası qrupda növbəti oyununu keçirəcək.

Avropa.info xəbər verir ki, saat 22:45-də Solna şəhərindəki “Friends Arena”da komandamız İsveç yığması ilə qarşılaşacaq.

“CBC Sport” televiziya kanalı vasitəsilə canlı yayımlanacaq oyunu Fransadan olan hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, matçın baş hakimi Stefani Frappardir.


Oxunma sayı: 10847

Oxşar yazılar