Türkiyədən Danimarkadakı təxribata SƏRT ETİRAZ

  • 15:33 - 25 Mart

Ankara martın 24-də Danimarkada Qurani-Kərimə və Türkiyə bayrağına qarşı törədilən təxribatı kəskin şəkildə qınayıb. 

Avropa.info xəbər verir ki, şənbə günü Türkiyə Xarici İşlər Nazirliyi söz azadlığı bəhanəsi ilə aksiyaların, əslində isə nifrət cinayətlərinin keçirilməsinə icazə verilməsinin yolverilməzliyini vurğulayıb. 

“Müsəlmanların müqəddəs Ramazan ayında törədilən təxribat Avropada islamofobiya və ksenofobiyanın növbəti nümunəsidir. Avropa ölkələrində nifrət cinayətlərinin artması ciddi narahatlıq doğuran səviyyəyə çatıb. Hər şey onu deməyə əsas verir ki, bu ölkələr tarix dərsi almamışlar. Türkiyə hadisəni kəskin şəkildə pisləyib və mövqeyini Danimarka hakimiyyətinin diqqətinə çatdırıb”, - XİN-dən bildiriblər. 

Ankara Danimarka hakimiyyətini hadisədə əli olan bütün şəxsləri məsuliyyətə cəlb etməyə, habelə cəmiyyətdə dinc yanaşı yaşama və sabitlik mühitini pozan təxribatların qarşısını almaq üçün konkret addımlar atmağa çağırıb.


Oxunma sayı: 2135

Oxşar yazılar