Türkiyənin bu vilayətinə 2023-cü il mövsümündə 1,5 milyon turistin gələcəyi proqnozlaşdırılır

  • 15:25 - 25 Mart

Türkiyənin cənub-qərbindəki Muğla vilayətinin turizm sektorunun nümayəndələri bu il uğurlu tətil mövsümü olacağını proqnozlaşdırırlar. 

Avropa.info xəbər verir ki, Muğlanın turistik yerləri, xüsusilə məşhur beşulduzlu və butik otellər turizm mövsümünün başlamasına fəal şəkildə hazırlaşır. 

Sənaye nümayəndələri çoxlu sayda yerli və xarici qonaqları qəbul etməyi, keyfiyyətli xidmət göstərməyi planlaşdırır. 

Bodrum Otelçilər Dərnəyinin (BODER) rəhbəri Ömər Faruk Dengiz “Anadolu” agentliyinə açıqlamasında bildirib ki, fevral ayında episentri Türkiyənin Kahramanmaraş bölgəsində baş verən zəlzələlərdən sonra rezervasiyaların sayı bir qədər azalıb. Ancaq əvvəlki tətil sifarişləri arasında heç biri ləğv olunmayıb. 

Dengiz qeyd edib ki, Anadolunun bu bölgəsinə də uçuşlar həmişəki kimi davam edir: “Normal vəziyyətə qayıtmaq üçün bir az vaxt lazımdır. Bütün imkanlardan istifadə edəcəyik. Düşünürəm ki, yaxın həftələrdə rezervasiyaların sayında artım olacaq”. 

Dengiz qeyd edib ki, hakimiyyət orqanlarının səyləri sayəsində dağılmış əyalətlərdə infrastrukturun bərpası prosesi çox sürətlə gedir. 

Onun sözlərinə görə, təbii fəlakətdən sonra zərərçəkmiş 3300 vətəndaş Bodrumda yerləşdirilib, hazırda onların sayı cəmi 500-dür. 

BODER rəhbəri xatırladıb ki, regiondakı mehmanxanaların tutumu 215 min nəfərə çatır. 

“Ən çox turist Böyük Britaniya, Rusiya, Almaniya və Polşadan gəlir. Bu il bu ölkələrdən çoxlu sayda turist gözləyirik. Aviaşirkətlər və turizm agentlikləri ilə danışıqlar apardıq. Biz ilk növbədə bir milyon turist hədəfinə çatmaq istəyirik. Turistlərin ilk partiyası Böyük Britaniyadan martın 26-da gələcək. Bu il qonaqlarımıza ən yaxşı xidməti göstərməyə çalışacağıq. Bodrumdakı otellər təmir olunub və qonaqlarını qarşılamağa hazırdır. 2023-cü ildə 1 milyondan çox, hətta 1,5 milyon turist hədəfinə çata biləcəyimizi gözləyirik”, - deyə o bildirib.


Oxunma sayı: 2069

Oxşar yazılar