Meksikada inşaat sahəsindəki qazıntıda şok hadisə: 10 cəsəd tapıldı

  • 22:31 - 21 Mart

Meksikanın Miçoakan ştatında tikinti sahəsində aparılan qazıntı zamanı 10 nəfərin cəsədi tapılıb. 

Avropa.info bildirir ki, Meksika mətbuatında yer alan xəbərə görə, əyalətin Ziracuaretiro qəsəbəsindəki tikinti sahəsində qazıntılar aparılıb. 

Ekspert itlərin köməyi ilə aparılan qazıntı nəticəsində 10 nəfərə məxsus meyit qalıqları aşkar edilib. 

Meyitlər şəxsiyyətlərinin müəyyən edilməsi üçün ştatın Məhkəmə Ekspertizası Xidmətinə aparılıb. 

Faktla bağlı ştatın prokurorluğu araşdırmalara başlayıb.


Oxunma sayı: 3554

Oxşar yazılar