Azərbaycana yaz fəsli daxil olub

  • 09:59 - 21 Mart

Bu gün saat 01:24-də Azərbaycana yaz fəsli daxil olub.

Gecə ilə gündüz bərabərləşib.

Belə ki, Günəş ekliptika üzrə hərəkət edərək cənub yarımkürəsindən şimal yarımkürəsinə keçib və yaz fəsli başlayıb. Bu fəslin uzunluğu 92 gün 17 saat 33 dəqiqə 23 saniyə olacaq. Şimal yarımkürəsində Yaz fəsli iyunun 21-nə qədər davam edəcək. Yəni iyunun 21-i saat 18:57:47-də Azərbaycana Yay fəsli (Yay günəş duruşu) daxil olacaq.


Oxunma sayı: 5435

Oxşar yazılar