
Avropa Komissiyas zəlzələnin bərpası üçün Türkiyəyə 1 milyard avro ayıracaq - FOTO
- 23:54 - 20 Mart
Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Türkiyə və Suriyada zəlzələdən zərər çəkənlərə dəstək verməyə çağırıb.
Avropa.info xəbər verir ki, o, bunu bazar ertəsi Brüsseldə Beynəlxalq Donor Konfransının açılışında deyib.

Von der Leyen Avropa Komissiyasının zəlzələlərdən sonra bərpa işləri üçün Türkiyəyə 1 milyard avro ayıracağını açıqlayıb.
Martın 20-də Brüsseldə Türkiyə və Suriyaya yardımın artırılması üçün Avropa İttifaqı (Aİ) donor konfransı keçirilib.
Konfransa Avropa Komissiyasının sədri Ursula von der Leyen və İsveçin baş naziri Ulf Kristersson həmsədrlik edib, tədbir Türkiyə hakimiyyəti ilə koordinasiya əsasında keçirilib.
Aİ ölkələri, namizəd ölkələr və potensial namizədlər, qonşu dövlətlər və tərəfdaş dövlətlər, Rusiya istisna olmaqla, 20-lik qrupu ölkələri, Fars körfəzi ölkələri, habelə BMT, beynəlxalq və humanitar təşkilatlar, beynəlxalq maliyyə institutları konfransa dəvət olunur.
Türkiyənin cənub və cənub-şərqində baş verən dağıdıcı zəlzələlər nəticəsində ölənlərin sayı 49 mini keçib.