Rusiyadan Türk Dövlətləri Təşkilatı ilə bağlı gözlənilməz ADDIM: Putinin bu hərəkəti sosial mediada müzakirələrə səbəb oldu

  • 11:04 - 20 Mart

Türk Dövlətləri Təşkilatı (TDT) möhkəm addımlarla irəliləyərkən Rusiyadan diqqət çəkən həmlə edilib. 

Avropa.info xəbər verir ki, Türk Dövlətləri Təşkilatının Fövqəladə Zirvə Toplantısı bir neçə gün öncə Ankarada keçirilib.

Türk Dövlətləri Təşkilatının Fövqəladə Zirvə Toplantısından sonra Ankara Bəyannaməsi dərc olunub. Sənəddə TDT ölkələri zəlzələdən sonra bərpa və yenidənqurma işlərində Türkiyə ilə həmrəy olacaqları bildirilib. Liderlər Türk Dövlətləri Təşkilatının Mülki Müdafiə Mexanizminin yaradılması haqqında Saziş imzalayıblar. Razılaşmada TDT üzvü və müşahidəçi dövlətlərin milli tibbi xilasetmə qrupları arasında əməkdaşlığı gücləndirməyə və birgə potensialın gücləndirilməsi fəaliyyətləri ilə məşğul olmağa hazır olduqları vurğulanıb. 

TDT-nin adı dünyada səslənərkən Rusiyadan gözlənilməz addım atılıb. 

Rusiya Araşdırmaları İnstitutunun xəbərinə görə, Rusiya Türk Dövlətləri Təşkilatında iştirak formulunu axtarır. 

TDT-də iştirak Rusiya xarici siyasətinin yeni strateji məqsədlərindən birinə çevrilir. Hazırda Rusiya Federasiyasında təxminən 20 milyon türk əsilli insan yaşayır. Rusiyanın fikrincə, TDT-də iştirak Xəzər dənizində infrastruktur və enerji layihələrinin həyata keçirilməsinə, Mərkəzi Dəhliz və Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin imkanlarının uğurla konsolidasiyasına imkan verəcək. 

Putinin bu hərəkəti sosial mediada müzakirələrə səbəb olarkən Rusiyanın təşkilatı ləğv edə biləcəyi, ona görə də buna qətiyyən icazə verilməməli olduğu bildirilib.


Oxunma sayı: 3631

Oxşar yazılar