Mərkəzi Afrika Respublikasında qızıl mədəninə silahlı basqın - 9 Çin vətəndaşı öldürüldü

  • 10:58 - 20 Mart

Mərkəzi Afrika Respublikasında qızıl mədəninə silahlı basqın nəticəsində 9 Çin vətəndaşı öldürülüb. 

Avropa.info xəbər verir ki, Mərkəzi Afrika Respublikasında qızıl mədəninə silahlı basqın edilib. Çinin idarə etdiyi mədəndə olan 9 Çin vətəndaşının basqın zamanı həyatını itirdiyi, 2 nəfərin isə yaralandığı bildirilib. 

Mədənin yerləşdiyi Çimbolo yaxınlığındakı Bambari şəhərinin meri Abel Matipata hücumun yerli vaxtla saat 05:00 radələrində həyata keçirildiyini və mədən bir neçə gün əvvəl işə düşdüyünü bildirib. 

Həyatını itirən 9 çinlinin cəsədi paytaxt Banguiyə gətirilərkən, hücum edənlərin tutulması üçün bölgədə əməliyyatın başladığı bildirilib. 

Hücuma görə məsuliyyəti hələ heç kim üzərinə götürməsə də, üsyançı Vətənpərvərlər Koalisiyası (CPC) açıqlamasında Rusiyada yerləşən muzdlu şirkət olan "Vaqner"ə bağlı rus muzdlular hücumun arxasında olduğunu iddia edib.


Oxunma sayı: 4423

Oxşar yazılar