
Qazaxıstanda keçirilən seçkilərdə hakim “Amanat” partiyası 53,46 % səs toplayıb
- 19:30 - 20 Mart
Qazaxıstanda keçirilən seçkilərdə hakim "Amanat" partiyası 53,46% səs toplayıb.
Avropa.info bildirir ki, ümumilikdə 7 iştirakçı siyasi qüvvədən 6-sı parlamentə daxil olacaq.
Qazaxıstan "Xalq" Partiyası 6,25 %, "Ak Jol" ("İşıqlı yol") Demokratik Partiyası - 7,87 %, "Aul" ("Kənd") partiyası - 10,52 %, sahibkarlar qrupunun yaratdığı "Respublika" partiyası 8,9 % səs toplayıb.
Həmçinin ilk dəfə olaraq müxalifətdə olan "Milli Sosial Demokrat" Partiyası 5,31 % səslə parlamentə daxil ola bilər. Qazaxıstanın Yaşıllar Partiyası "Baytak" 3,22 % səs toplayaraq tələb olunan 5 %-lik baryeri keçə bilmir.