
Mirzoyan Moskvada Lavrovla görüşəcək
- 10:48 - 20 Mart
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bazar ertəsi Moskvaya işgüzar səfərə gedəcək erməni həmkarı Ararat Mirzoyanla danışıqlar aparacaq.
Avropa.info bildirir ki, əsas mövzular arasında İrəvan və Bakı arasında sülh müqaviləsinin hazırlanması, həmçinin bu məqsədlə Moskvada xarici işlər nazirlərinin üçtərəfli görüşünün təşkili yer alacaq.