
Bazarda dollar təklifi artacaq - SƏBƏB
- 18:37 - 20 Mart
Böyük Britaniya, Aİ, Kanada, İsveçrə, Yaponiya və ABŞ Federal Sisteminin mərkəzi bankları maliyyə böhranı şəraitində bazarda dollar vəsaitlərinin təklifini artırmaq üçün əlaqələndirilmiş tədbirlər haqqında razılığa gəliblər.
Avropa.info Trend-ə istinadən bildirir ki, bu barədə tənzimləyicilərin bazar ertəsi yaydığı birgə məlumatda deyilir.
İlk dəfə olaraq Yaponiya və digər ölkələrin mərkəzi bankları 2008-ci ildə baş verən maliyyə böhranı zamanı əsas valyuta olan dolların təklifini koordinasiya ediblər.
Koronavirus pandemiyasının başlamasından dərhal sonra 2020-ci ilin mart ayında dollar fondu təkliflərini genişləndirmək üçün oxşar addımlar atılıb.