Səudiyyə Ərəbistanı və İran arasında danışıqlar: Tehran danışıqlar üçün üç mümkün yer təklif edib

  • 16:28 - 20 Mart

Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Al Səud İran prezidenti İbrahim Rəisiyə Ər-Riyada səfər etmək üçün dəvət göndərib. 

Avropa.info xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı mətbuatı məlumat yayıb.

“Səudiyyə Ərəbistanı kralı Rəisiyə yazdığı məktubda iki qardaş ölkə arasında əldə olunan razılaşmanı alqışlayıb və onu Ər-Riyada rəsmi səfərə dəvət edib, həmçinin iqtisadi və regional əməkdaşlığı gücləndirməyə çağırıb”, - yerli media yazır. 

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bildirib ki, İran Səudiyyə Ərəbistanı ilə xarici işlər nazirləri səviyyəsində görüş keçirməyə razılaşıb və Tehran danışıqlar üçün üç mümkün yer təklif edib. Lakin o, hansı yerlərdən söhbət getdiyini və bu görüşün nə vaxt mümkün olduğunu açıqlamayıb. 

Ötən həftə məlum olub ki, İran və Səudiyyə Ərəbistanı Çinin vasitəçiliyi ilə keçirilən danışıqlarda iki ay ərzində diplomatik münasibətləri bərpa etmək və bir-birlərinin səfirliklərini açmaq barədə razılığa gəliblər.


Oxunma sayı: 3015

Oxşar yazılar