Ekvadorda zəlzələ nəticəsində ölənlərin sayı 14-ə çatıb

  • 15:36 - 20 Mart

Ekvadorda baş verən 6,7 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 14-ə çatıb, daha 446 nəfər yaralanıb. 

Avropa.info xəbər verir ki, Ekvador prezidentinin administrasiyasının məlumatına görə, təkanların episentri Balao şəhərindən 6 km şimal-şərqdə yerləşib. Mənbə 65,7 km dərinlikdə yerləşib. 

Fırtınadan ən çox El Oro və Asuay əyalətləri zərər çəkib. Axtarış-xilasetmə işləri davam edir. 

Yerli mətbuatın məlumatına görə, zəlzələ nəticəsində azı 360 bina dağılıb. 

Ekvador prezidenti Gilyermo Lasso dağıntıların baş verdiyi şəhərlərə baş çəkib. 

Dövlət başçısı qeyd edib ki, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasına başlamaq üçün hökumət tərəfindən bütün lazımi maliyyə vəsaitləri dərhal ayrılıb, dəymiş ziyan hesablanır. 

Ekvadordakı yeraltı təkanlar qonşu Peruda da hiss olunub. Ölkənin şimalındakı Tumbes şəhərində dörd yaşlı qız ölüb, 73 yaşlı kişi isə yaralanıb.


Oxunma sayı: 2388

Oxşar yazılar