Avropa İttifaqı konfrans keçirəcək: Türkiyədəki zəlzələ bölgələrinə dəstək

  • 13:36 - 20 Mart

Avropa İttifaqı Türkiyə və Suriyadakı zəlzələ bölgələrinə maliyyə dəstəyi toplamaq üçün bugün Belçikanın paytaxtı Brüsseldə Beynəlxalq Donorlar Konfransı keçirəcək.

Avropa.info Trend-ə istinadən bildirir ki, Avropa İttifaqının (Aİ) elan etdiyi konfrans Türkiyənin koordinasiyası ilə Aİ Komissiyası və Avropa Şurasının müvəqqəti sədri İsveç tərəfindən birgə təşkil edilib.

Konfransa Avropa İttifaqına üzv, namizəd və potensial namizəd ölkələr, qonşu və tərəfdaş ölkələr, Rusiya istisna olmaqla G20 üzvləri, Körfəz Əməkdaşlıq Şurasının üzvləri, Birləşmiş Millətlər Təşkilatı (BMT), Avropa və beynəlxalq maliyyə qurumları dəvət olunub.


Oxunma sayı: 3477

Oxşar yazılar