Ermənilər Azərbaycanın Zəngilandakı mövqelərini atəşə tutublar: Hərbçimiz yaralanıb

  • 09:59 - 20 Mart

Mart 20-də saat 02:50-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan silahlı qüvvələrinin bölmələri Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Ağbaşyurd yüksəkliyində yerləşən mövqelərini atəşə tutulub.

Bu barədə Avropa.info-ya Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Təxribat nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu kiçik çavuş Manafov Ramin Sübhi oğlu qarşı tərəfdən açılmış atəş nəticəsində yaralanıb.

Hərbi qulluqçu ixtisaslaşmış tibb müəssisəsinə təxliyə edilərək əməliyyat olunub, həyatı təhlükəsi yoxdur.


Oxunma sayı: 3840

Oxşar yazılar