“Özümüzü kəşf edək” layihəsinin tədimatı keçirildi - FOTO

  • 21:59 - 19 Mart

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə yardımı ilə Əlilliyi olan uşaq və gənclərin idmana inteqrasiyası İctimai Birliyi  “Özümüzü kəşf edək” layihəsinin tədimatını keçirib. 

Təqdimat Sabunçu gənclər evinin akt zalında təşik olunub. "Özümüzü kəşf edək" layihəsinin təqdimatı icra müddəti 3 ay olmaqla 5 tədbirdən ibarətdir. Layihədə 250 dən çox yeniyetmə və gənclər iştrak edib Tədbirlər planına psixoloji təlim, ingilis dilinin öyrədilməsi, intellektual oyunlar, Heydər Əliyev müzeyinə ziyarət, Qarabağ müharibəsi qazilər ilə görüş daxildir.

Həmin tədbirlərin video-rolikinin təqdimatı, daha ətraflı və geniş şəkildə yayımlanması üçün,təqdimata xüsusi qonaqlar dəvət edilib. Təqdimata Milli Məclisin deputatları Vüqar İsgənərov və Müşfiq Məmmədli, tanınmış idmançı Eduard Məmmədov, Vətən Müharibəsi qaziləri, Sosial Xidmətlər Agentliyinin, Gənclər və İdman Nazirliyinin nümayəndələri, QHT-nın rəhbərləri, psixoloqlar, təlimçilər, 40 dan çox fiziki məhdudiyətli yeniyetmə və gənclər, onların ailələri iştrak ediblər. 

Layihənin daha geniş yayımlanması və daha çox gənclərə təbliğ edilməsi üçün KİV təmsilçiləri dəvət edilib. "Mir" telekanalı təqdimatı lentə alıb, televizya kanalında yayımlayıb. 

Təqdimatın açılışı Azərbaycan Respublikasının dövlət himininin səsləndirilməsi ilə başlayıb. Sonra isə şəhidlərimizin ruhu bir dəqiqəlik sükütla yad edilib. 

Sonra isə layihənin video-rolikinin təqdimatı olub. “Özümüzü kəşf edək ” layihəsinin tədimatı 5 dəqiqə olmaqla daha geniş və ətraflı, layihə haqqında görülən işləri, keçirilən mövzuları əhatə edib. 

Video təqdimat göstərildikdən sonra layihə rəhbəri və Əlillliyi olan uşaq və gənclərin idman inteqraqsiyası İctimai Birliyinin sədri, Əməkdar idman ustası, Aynur Məmmədova qonaqları salamladıqdan sonra təşkilat haqqında məlumat verib, layihənin məqsəd və vəzifələrindən danışıb. 

Tədbirdə deputatlar, idmançılar, qazilər çıxış ediblər. Qonaqlar təqdimat haqqında öz təəssüratını bölüşərək, bu cür mövzulara toxunulduğunu alqışlayıb və bütün gənclərimizə şəfa və uğurlar arzulayıblar.


Oxunma sayı: 4555

Oxşar yazılar