
Kanadanın Baş naziri Novruz bayramı ilə bağlı paylaşım edib
- 12:29 - 19 Mart
Kanadanın Baş naziri Castin Trüdo "Twitter" hesabında Novruz bayramı münasibətilə təbrik paylaşımı edib.
Avropa.info Trend-ə istinadən bildirir ki, o, Novruz şənliklərinin tez-tez bütün icmaları bir araya gətirdiyini vurğulayıb.
Hökumət başçısı səmimi arzularını da çatdırıb.
"Novruz bayramınız mübarək! Qarşıdakı ildə cansağlığı, xoşbəxtlik və firavanlıq arzulayıram", - deyə Castin Trüdo qeyd edib.