Putin ilhaq edilmiş Krıma gəldi

  • 11:38 - 19 Mart

Rusiya prezidenti Vladimir Putin son üç ildə ilk dəfə yarımadanın ilhaqının ildönümündə Krıma gəlib. 

Avropa.info xəbər verir ki, bu, Rusiya qoşunlarının Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra Putinin Krıma ilk səfəridir. Bundan əvvəl sonuncu dəfə Rusiya Federasiyasının prezidenti yarımadaya 2021-ci ilin noyabrında səfər edib. 

Putin sonuncu dəfə yarımadaya 2020-ci ilin iyulunda Kerç şəhərindəki Zaliv gəmiqayırma zavoduna baş çəkdiyi zaman səfər edib və orada Hərbi Dəniz Qüvvələri üçün döyüş gəmilərinin salınması mərasimini keçirib. 

2022-ci ilin dekabrında o, partlayışdan sonra təmir olunan Krım körpüsündə olub.


Oxunma sayı: 2707

Oxşar yazılar