Türkiyədəki zəlzələdə ölənlərin sayı 50 minə ÇATIR

  • 23:52 - 18 Mart

Türkiyənin Kahramanmaraş vilayətində baş vermiş dəhşətli zəlzələ nəticəsində ölənlərin sayı artıb.

Avropa.info xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay məlumat verib.

O qeyd edib ki,  zəlzələ nəticəsində 6 807-si xarici vətəndaş olmaqla 49 min 589 nəfər həyatını itirib.

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub.


Oxunma sayı: 3048

Oxşar yazılar