Ağdamda mərmi PARTLAYIŞI - Xəsarət alan var

  • 17:54 - 18 Mart

Ağdam rayonunun Əfətli kəndində əkin sahəsində patlayış baş verib.

Daxili İşlər Nazirliyinin Bərdə regional qrupundan Avropa.info-ya bildirilib ki, kənd sakini Elmir Yusifov ekskavatorla təsərrüfat işləri ilə məşğul olarkən ekskavator torpağa basdırılmış partlamamış mərmiyə toxunub.

Nəticədə partlayış baş verib. Hadisə zamanı texnikaya ziyan dəyib. E.Yusifov isə yüngül dərəcəli xəsarətlər alıb.

Araşdırma aparılır.


Oxunma sayı: 3433

Oxşar yazılar