“Heydər Əliyev ili" ilə bağlı ağacəkmə aksiyası və iməcilik həyata keçirildi - FOTO

  • 21:28 - 18 Mart

Qubadlı rayonunda “Heydər Əliyev ili"nə həsr olunmuş silsilə tədbirlər həyata keçirilib. 

Avropa.info xəbər verir ki, martın 18-də Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Abşeron rayonu stansiya Sumqayıt ərazisində yeni salınmış parkda, eyni zamanda rayonun idarə, müəssisə və təşkilatlarının həyətlərində “Heydər Əliyev ili"nə həsr olunmuş ağacəkmə aksiyaları və iməciliklər həyata keçirilib.

Təşkil olunmuş tədbirdə Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, hüquq-mühafizə orqanları, Qubadlı rayon İcra Hakimiyyətinin məsul işçiləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, idarə, müəssisə, təşkilat rəhbərləri, YAP Qubadlı rayon təşkilatı aparatının məsul işçiləri, partiya fəalları iştirak ediblər. 

Ağacəkmə aksiyasından sonra RİH-in başçısı Malik İsaqov parkda və qəsəbə ərazisində asudə vaxt keçirən sakinlərlə görüşdü, onların bayramlarını təbrik edib. 

Ümumilikdə ağacəkmə aksiyasında 500-dən çox ağac əkilib.


Oxunma sayı: 2751

Oxşar yazılar