Haaqa Məhkəməsi Putinin həbsinə oreder verdi - Baydendən ilk AÇIQLAMA

  • 15:31 - 18 Mart

ABŞ prezidenti Co Bayden Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) Rusiya prezidenti Vladimir Putinin həbsinə order verilməsi ilə bağlı qərarını əsaslandırıb. 

Avropa.info xəbər verir ki, bu barədə Bayden Ağ Evdə jurnalistlərə bildirib. 

“Hesab edirəm ki, bu qərar haqlıdır. Bununla belə, problem ondadır ki, ICC bizim tərəfimizdən beynəlxalq səviyyədə tanınmır”, - deyə o qeyd edib.

Putinin Ukraynada hərbi cinayətlər törədib etməməsi ilə bağlı sualı cavablandıran Ağ Ev rəhbəri müsbət cavab verib. "(Putin) açıq-aşkar müharibə cinayətləri törədib", - Bayden deyib. 

Rusiya prezidenti ilə Çin prezidenti Si Cinpin arasında gələn həftə keçiriləcək Moskva görüşünü şərh edən Ağ Ev rəhbəri deyib: “Görək bu görüş nə vaxt baş tutacaq”. 

Beynəlxalq Cinayət Məhkəməsi ərəfəsində Rusiya prezidenti Vladimir Putin, eləcə də Rusiya Prezidenti yanında Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belovanın həbsinə order verib.


Oxunma sayı: 2949

Oxşar yazılar