Akademik Musiqili Teatrda “Adamın adamı” - FOTO

  • 18:12 - 17 Mart

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Xalq yazıçısı Anarın “Adamın adamı” pyesinin (bəstəkarı Xalq artisti Vasif Adıgözəlov) məşqlərinə başlanılıb. 

Avropa.info xəbər verir ki, ilk məşqdə Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev səhnə əsəri barədə yaradıcı heyətlə fikir mübadiləsi aparıb. Vaxtı ilə (2005-2011-ci illərdə) mərhum rejissor Faiq Zöhrabovun quruluşunda teatrın repertuarında yer alan eyniadlı tamaşanın rəğbətlə qarşılandığını diqqətə çatdıran Ə.Lalayev həmin tamaşa barədə  xatirələrini bölüşüb. O, yeni quruluşda hazırlanan tamaşanın rejissoru, Əməkdar incəsənət xadimi Əsgər Əsgərov başda olmaqla, hər kəsə uğurlar arzulayıb. 

Qeyd edək ki tamaşada Xalq artistləri Fatma Mahmudova, Pərviz Məmmədrzayev, Əməkdar artistlər Ələkbər Əliyev, Əkbər Əlizadə, Çingiz Əhmədov, Şövqi Hüseynov, Almaz Ələsgərova, İqrar Salamov, aktyorlar Nicat Əli, Ülviyyə Əliyeva, Türkel Tariqpeyma, Hüseyn və Gültac Əlililər, Şaban Cəfərov, Gülcahan Salamova, Elxan İsmayılov, Ruslan Mürsəlov, İbrahim Əlizadə, Hidayət Əliyev, Nigar Qarayeva, Cəbrayıl Cəbrayılov iştirak edəcəklər.

Bu mövsümdən Musiqili Teatrla əməkdaşlığa başlayan tanınmış aktrisa, Əməkdar artist Dilarə Əliyeva da “Adamın adamı”nın əsas ifaçıları sırasında olacaq. 

Səhnə əsərinin quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, quruluşçu baletmeysteri Əməkdar artist Nigar Şahmuradova, xormeysteri Əməkdar artist Vaqif Məstanov, dirijoru Səməd Süleymanlı, rejissoru Elməddin Dadaşov, konsertmeysteri Fidan Əliyeva, rejissor assistenti Tamilla Aslanovadır.

 

Açıklama yok.

 

Açıklama yok.

 

Açıklama yok.

 

Açıklama yok.

Oxunma sayı: 2872

Oxşar yazılar