
Finlandiya prezidenti NATO danışıqları üçün Türkiyəyə gəlib: zəlzələ zonasına baş çəkib - FOTO
- 12:33 - 17 Mart
Finlandiya prezidenti Sauli Niinistö ölkəsinin NATO-ya daxil olması ilə bağlı danışıqlar aparmaq üçün Türkiyəyə gəlib. Finlandiyanın dövlət başçısı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş ərəfəsində çoxsaylı ölümlə nəticələnən zəlzələ bölgəsinə səfər edib.
Avropa.info-nun məlumatına görə, Niinistö "Tvitter" hesabında qeyd edib ki, o, xilasedicilərin və humanitar işçilərin son dərəcə əhəmiyyətli bir missiyada olduğu Türkiyənin cənub-şərqində Kahramanmaraşda olub.
O, zərər çəkmiş bölgədən bir fotoşəkil yerləşdirərək "Finlandiya qurbanlara humanitar və ekspert yardımı göstərməyə davam edir" deyə əmin edib.
Cümə günü Niinistö Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Onun səfər zamanı Finlandiyanın NATO-ya daxil olması prosesinin gedişi barədə məlumat alacağı gözlənilir.
Mənbələrin bildirdiyinə görə, Türkiyə parlamenti aprelin ortalarına qədər Finlandiyanın NATO-ya üzvlük ərizəsini ratifikasiya etmək ehtimalı yüksəkdir.
Ərdoğan bu yaxınlarda Helsinkiyə müsbət siqnal verib. O, Türkiyənin Finlandiyaya NATO ilə bağlı verdiyi vədi yerinə yetirəcəyinə əmin edib.
İsveç və Finlandiya keçən il Rusiyanın Ukraynanı işğal etməsindən sonra NATO-ya üzv olmaq üçün müraciət edib.
Son zamanlar Türkiyə Finlandiyaya qarşı müqavimətini yumşaldıb. Ankara Helsinkinin təklifini Stokholmdan ayrı olaraq təsdiq edə bilər, baxmayaraq ki, hər iki ölkə NATO-ya birlikdə üzv olmağa çalışıb.
Visited Kahramanmara? in south-eastern Türkiye today. The rescue and aid workers are doing extremely important work in the midst of the devastation caused by the earthquakes. Finland continues to provide humanitarian and expert assistance to help those affected. pic.twitter.com/FfTvdicwvz
— Sauli Niinistö (@niinisto) March 16, 2023