PKK terror təşkilatının qondarma "lideri" Murat Karayılandan "Altılı masa"ya AÇIQ DƏSTƏK

  • 11:06 - 17 Mart

PKK terror təşkilatının qondarma "lideri" Murat Karayılan Türkiyədə keçiriləcək seçkilərdə "Altılı masa"ya açıq dəstək verib. 

Avropa.info xəbər verir ki, PKK terrorçusu bu barədə terror təşkilatının televiziyasına açıqlama verib. ""Altı masa"ya qarşı əməliyyat keçirmək istədilər, amma "Altılı masa" dağılmadı. Müxalifətin gücləndiyini söyləmək olar", - deyə terrorçubaşı bildirib. 

Terrorçu Karayılan da iddia edib ki, "İmralıda həbsdə olan PKK-nın yüksək səviyyəli icraçısı adlandırılan Abdulla Öcalanın azadlığa çıxmasının vaxtı çatıb". 

Murat Karayılan, Mustafa Karasu, Duran Kalkan və Cəmil Bayık kimi təşkilatın sözdə liderləri daha əvvəl müxalifəti dəstəkləyən açıqlamalar verərək "HDP ilə əməkdaşlığın yaxşılaşdırılması" mesajını veriblər.


Oxunma sayı: 3444

Oxşar yazılar