
Türkmənistanda parlament seçkilərində səsvermə başlayıb
- 10:53 - 17 Mart
Türkmənistanda parlament deputatlarının seçkilərində səsvermə başlayıb.
Avropa.info xəbər verir ki, bu barədə “Neytral Turkmenistan” rəsmi qəzeti məlumat yayıb.
Prosedura ilk növbədə uzunmüddətli ezamiyyətə və ya məzuniyyətə gedən, habelə bu və ya digər səbəbdən martın 26-da seçki günü öz məntəqəsində səs verə bilməyən vətəndaşlar üçün nəzərdə tutulub.
Türkmənistanda Seçki və Referendumun keçirilməsi üzrə Mərkəzi Komissiyasının məlumatına görə, seçki kampaniyasının bütün mərhələləri vaxtında, mövcud milli qanunvericiliyin tələblərinə və hamılıqla qəbul edilmiş beynəlxalq standartlara uyğun təşkil olunub. Ölkənin bütün 2644 seçki məntəqəsi işə tam hazırdır, o cümlədən xaricdə Türkmənistanın diplomatik nümayəndəliklərində 42 seçki məntəqəsi öz seçicilərini gözləyir.
Türkmənistan parlamentinə seçkilər martın 26-na təyin edilib.