İrandan Azərbaycana keçmək istəyən 3 nəfər saxlanıldı - VİDEO

  • 19:35 - 13 Mart

Mart ayının 12-də saat 19:35-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin Füzuli rayonunun Böyük Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən termal videomüşahidə kameraları vasitəsilə 3 (üç) nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmaları müşahidə edilib.

Avropa.info bildirir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Məlumata görə, sərhəd zastavasının xidməti ərazisi qapadılmış, sərhəd pozucuları texniki vasitələrlə nəzarətə götürülərək sərhəd naryadı tərəfindən saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxslərin Əfqanıstan vətəndaşları Davud Əfşar Canmurad oğlu, Nadir Cümə Abdulrauf oğlu və Nəcibulla Halili Abdulnəzər oğlu olduqları müəyyən edilib.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.


Oxunma sayı: 5963

Oxşar yazılar