Suyun qiyməti də qalxacaq? - RƏSMİ AÇIQLAMA

  • 11:04 - 13 Mart

“Azərsu” ASC içməli su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinin artırılması ilə bağlı Tarif (Qiymət) Şurasına müraciət etməyib və belə bir müraciət nəzərdə tutulmur.

Avropa.info xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.

"Hazırda içməli su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tarifləri Şuranın 30 yanvar 2021-ci il tarixli 5 nömrəli qərarı ilə tənzimlənir", - deyə səhmdar cəmiyyəti bəyan edib.


Oxunma sayı: 5072

Oxşar yazılar