Bakıda “Heydər Əliyev 100: Həyatı və irsi” adlı tədbir keçirilir - FOTO

  • 11:36 - 12 Mart

Bakıdakı Heydər Əliyev Mərkəzində Ümummilli lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar "Heydər Əliyev 100: Həyatı və irsi" adlı tədbir keçirilir.

Avropa.info xəbər verir ki, toplantıda X Qlobal Bakı Forumunun iştirakçıları, Milli Məclisin deputatları, dövlət və media nümayəndələri iştirak edirlər.

Tədbir çərçivəsində "Qlobal liderlərin Heydər Əliyevin irsinə ehtiramı" və "Milli kimliyin qurulması" adlı panel iclasları keçiriləcək.

Toplantıda Albaniya Prezidenti Bayram Beqay çıxış edəcək.

 

 

 


Oxunma sayı: 5402

Oxşar yazılar