Ərdoğan Türkiyədəki seçkilərin vaxtı ilə bağlı rəsmi qərarı İMZALADI - FOTO

  • 22:16 - 10 Mart

Türkiyənin gələcəyinə gedən yol fevral zəlzələlərinin nəticələrinin aradan qaldırılmasından, fəlakətin iqtisadi, sosial və psixoloji ziyanının aradan qaldırılmasından keçir. 

Avropa.info xəbər verir ki, bunu Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan ölkədəki seçki prosesinə həsr olunmuş tədbirdə deyib. 

Ərdoğan xatırladıb ki, fevralın 6-da Türkiyənin cənub və cənub-şərqində 47 mindən çox sakin baş verən zəlzələlərin qurbanı olub. 

“Fəlakətin mənfi nəticələrini Türkiyədə 14 milyondan çox insan hiss edib. Biz əslində şəhərləri sıfırdan yenidən qurmağı planlaşdırırıq. Biz fəlakət zonasının 3,5 milyon sakini mərhələli şəkildə təhlükəsiz mənzillə təmin olunana qədər işləmək əzmindəyik”, - Türkiyə lideri əmin edib. 

Onun sözlərinə görə, hökumətin məqsədi ildə 319 min mənzil (fəlakət zonasında), o cümlədən 75 min kənd evi tikməkdir.

Ərdoğan Həmçinin Ədalət və İnkişaf Partiyasından (AK Partiya) millət vəkilliyinə namizəd olmaq istəyənlərlə bağlı aldığı qərarı açıqlayıb və "Bunun digər partiyalara nümunə olacağına inanıram" deyib.

Rəcəb Tayyib Ərdoğan seçkilərin mayın 14-də keçirilməsi ilə bağlı qərarı imzalayıb. Qərar “Resmi Gazete”nin bugünkü sayında dərc edilib.

"AK Partiyadan millət vəkili namizədi olacaqlarla bağlı qərar verdim. Partiyamıza namizəd olmaq üçün müraciət edəcək hər kəs əvvəlcə AFAD-ın zəlzələdən xilasetmə hesablarına ianə olaraq minimum məbləği yatıracaq. Səxavətli ianələri ilə zəlzələ yaralarının sağalmasına töhfə verəcək bütün dostlarıma təşəkkür edirəm. Bu qərarın digər partiyalara da nümunə olacağına inanıram”, - deyə Ərdoğan bildirib.


Oxunma sayı: 5435

Oxşar yazılar