
Bakıda silahlı insidenti törədən şəxs saxlanıldı - YENİLƏNİB
- 15:33 - 10 Mart
Bakının Səməd Vurğun küçəsində silahlı atışmada yaralanan şəxslərdən biri tələbədir.
Avropa.info oxu.az-a istinadən xəbər verir ki, 2002-ci il təvəllüdlü Fəqan Rəhimli Azərbaycan Tibb Universitetinin tələbəsidir.
Məlumatı ATU-nun mətbuat xidmətindən təsdiq ediblər.
*** 15:32
Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Bu barədə Avropa.info-ya DİN-in mətbuat xidmətindən bildirilib.
***14:49
Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş vermiş silahlı insidentlə bağlı hazırda Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşları hadisə yerindədirlər.
Bu barədə Avropa.info-ya prokurorluğun mətbuat xidmətindən bildirilib:
"İctimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək. Rəsmi qurumun açıqlamasını gözləmək xahiş olunur".
***
Paytaxtın Nəsimi rayonunda 3 nəfərin odlu silahdan açılan atəşdən yaralanması ilə bağlı polisə məlumat daxil olub.
Bu barədə Avropa.info-ya DİN-in mətbuat xidmətindən bildirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Araşdırma aparılır. Əlavə məlumat veriləcək.