Göy üzündən insanların üzərinə yağmur kimi soxulcanlar yağdı - FOTO

  • 14:10 - 09 Mart

Çinin paytaxtı Pekində göydən qurdlar yağıb. Səlahiyyətlilər bildiriblər ki, güclü külək nəticəsində qurdlar ayağa qalxaraq havaya sürüklənib. 

Avropa.info bildirir ki, dəhşətli hadisədən sonra səlahiyyətlilər vətəndaşlara evdən çıxarkən çətirdən istifadə etmələri barədə xəbərdarlıq edib. 

Sosial mediada paylaşılan videoda qurdların yağış kimi bütün avtomobilləri və küçələri bürüdüyü görünür. Eyni görüntülərin davamında işə gedən və gündəlik işlərini görən vətəndaşların qurdlardan qorunmaq üçün çətirdən istifadə etdiyi görünür. 

Ölkədə nəşr olunan elmi jurnalın təhlilinə görə Çin səlahiyyətliləri vəziyyətlə bağlı hələ bir açıqlama verməsələr də, qeyd olunub ki, güclü küləyin soxulcanları havaya qaldıraraq sürüklədiyi və paytaxt Pekində küləyin sürəti azaldıqda qurdların yağış kimi yerə töküldüyü bildirilib. 

Eyni şey 2011-ci ildə Şotlandiyanın Edinburq şəhərində də baş vermişdi.

 

 


Oxunma sayı: 3257

Oxşar yazılar