
Bakıda azyaşlılar arasında DAVA: Bıçaqlanan var
- 19:33 - 08 Mart
Bakının Nərimanov rayonunda azyaşlı bıçaqlanıb.
Avropa.info APA-ya istinadən xəbər verir ki, hadisə Təbriz küçəsində baş verib.
Belə ki, 2009-cu il təvəllüdlü Ağakişiyev Nihat Murad oğlu həmyaşdları ilə mübahisə zamanı ayağından bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Fakt Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırılır.