
Qusarda 32 yaşlı qadın intihar edib
- 22:30 - 07 Mart
Qusar rayonunda intihar hadisəsi baş verib.
Avropa.info-nun "report"a istinadən məlumatına görə, hadisə şəhərin Tofik İsmayılov küçəsində baş verib.
Belə ki, 1991-ci il təvəllüdlü Ağamədova Şəhla Vadim qızı kirayədə yaşadığı evin birinci mərtəbəsində özünü asaraq öldürüb.
Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qusar rayon şöbəsinə təhvil verilib.
İntihar hadisəsi ilə bağlı araşdırma aparılır.