Azərbaycan aviaşirkəti Bakıdan Trabzona yeni marşrut açır

  • 16:30 - 07 Mart

AZAL-ın tərkibinə daxil olan “Buta Airways” aşağıbüdcəli aviaşirkəti Bakıdan Trabzona yeni marşrut açır. 

“Buta Airways”in mətbuat xidmətindən Avropa.info-ya verilən məlumata görə, mayın 4-dən aviaşirkət Bakı-Trabzon-Bakı marşrutu üzrə uçuşlara başlayır. 

Uçuşlar həftədə iki dəfə, cümə axşamı və bazar günləri planlaşdırılır. 

Bu istiqamətə biletləri aviadaşıyıcının internet saytından və ya “Buta Airways” mobil əlavəsi vasitəsilə əldə etmək olar.


Oxunma sayı: 7206

Oxşar yazılar