Bakıda kişi qardaşı oğlu tərəfindən bıçaqlanıb

  • 14:36 - 06 Mart

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Avropa.info APA-ya istinadən xəbər verir ki, hadisə Binə qəsəbəsində baş verib.

Südçülük Sovxozu ərazisində 1964-cü il təvəllüdlü Teymurov Rafiq Rüstəm oğlu qardaşı oğlu ilə mübahisə zamanı bıçaqlanıb. Yaralı döş qəfəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Məlum olub ki o, qardaşı oğlu ilə ailə-məişət zəminində mübahisə edib.

Faktla bağlı araşdırma aparılır.


Oxunma sayı: 4247

Oxşar yazılar