Türkiyədə zəlzələ qurbanlarının xatirəsinə AKSİYA: Alpinistlər Ərciyəsə dağına qalxacaq

  • 11:47 - 28 Fevral

Bir qrup türkiyəli alpinist ölkənin cənubunda və cənub-şərqində baş verən dağıdıcı zəlzələlərdə həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq Ərciyəs dağına qalxacaq. 

Avropa.info bildirir ki, bu barədə "Anadolu" agentliyinə Kayseri Alpinizm Qurumunun nümayəndəsi İsmayıl Yılmaz məlumat verib. 

Qeyd edək ki, Ərciyəs Orta Anadolunun ən hündür dağıdır. 

O qeyd edib ki, bu, artıq sayca 13-cü belə ekspedisiyadır və bu dəfə onun Türkiyənin 11 vilayətində baş vermiş son təbii fəlakət qurbanlarının xatirəsinə həsr olunması qərara alınıb. 

Rəsmi şəxsin sözlərinə görə, yoxuş əvvəlcə fevralın 11-12-nə planlaşdırılsa da, zəlzələdən sonra təxirə salınıb. Aksiya martın 11-12-nə nəzərdə tutulub. 

O bildirib ki, bir çox alpinist axtarış-xilasetmə əməliyyatlarında iştirak etmək üçün könüllü olaraq zəlzələ bölgəsinə gedib. 

Təşkilatçılar aksiyada 100-ə yaxın insanın iştirak edəcəyini gözləyirlər.


Oxunma sayı: 6370

Oxşar yazılar